20 mart 2022 17:39
626

Səudiyyə Ərəbistanına raket hücumları dağıntılara səbəb olub

Qiyamçı husi silahlı dəstələrinin Yəmən ərazisindən Səudiyyə Ərəbistanının mülki obyektlərini, o cümlədən neft-qaz obyektlərini hədəf alması nəticəsində bəzi şəhərlərdə dağıntılar olduğu bildirilir.

"İki sahil" xəbər verir ki, krallığın cənubundakı Al Şaqeq şəhərindəki sutəmizləmə obyekti, Cizan vilayətindəki “Aramco” neft şirkətinin zavodu, Canub qəsəbəsindəki elektrik stansiyası və Xamiş Müsaitdəki qaz anbarına raket hücumları olub. Səudiyyə Ərəbistanının “Əl Əxabriyə” dövlət telekanalının reportajında bildirilib ki, husi qiyamçılarına qarşı döyüşən ərəb koalisiyası neft-qaz obyektlərinə atılan raketləri zərərsizləşdirə bilib. Lakin bir neçə bina dağılıb və avtomobillər yanıb. Ölkənin ən böyük zavodu – “Aramco” şirkətinin maye təbii qaz emalı obyekti də raket hücumuna məruz qalıb.

Səudiyyə Ərəbistanı rəsmiləri raket hücumları nəticəsində insan tələfatı olmadığını bildiriblər.