“Dünya azərbaycanlılarının Novruz bayramını qeyd etdikləri zamanda, ABŞ Səfirliyinin icması da bayram yeməklərinin dadına baxmaq, musiqidən həzz almaq, ötən ilin çətinlikləri haqqında düşünmək və gələcəyə dair niyyətlərini müəyyən etmək üçün bir araya gəlib”.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.
“Bu il hər iki ölkə üçün çox əlamətdardır, çünki ABŞ və Azərbaycan diplomatik münasibətlərin 30 lliyini qeyd edirlər. Dünyada yeni çağırışlara baxmayaraq, Novruzun zəngin mədəni ənənələri bizə daha yaxşı dünya qurmaq üçün birgə öhdəliyimizi xatırladır. Novruz Bayramınız mübarək!”, - səfirlikdən bildirilib.