24 mart 2022 21:16
824

Sabirabadda şəhid Vahıb Əliyevin doğum günü qeyd olunub - FOTO

Bu gün torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş Əliyev Vahıb Ramiz oğlunun doğum günüdür.

“İki sahil” xəbər verir ki, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştrakçıları və Şəhid ailələri ilə işin təşkili üzrə şöbə müdiri Müslüm Rzayev, Sabirabad rayon Veteranlar təşkilatının sədri Faiq Hüseynov və ictimaiyət nümayəndələri şəhidin məzarını ziyarət etmiş, məzarını üzərinə gül-çiçəklər düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra şəhidin ailəsi ziyarət olunaraq olnarı qayğılandıran məsələlər müzakirə olunub.

Allah şəhidlərimizə rəhmət eləsin!