28 mart 2022 12:01
839

Goranboyda şəhid ailələri ziyarət olunub - FOTO

Milli Məclisin deputatı Anar Məmmədovun Novruz bayramı münasibətilə şəhid ailələrinə ziyarəti davam edir.

“İki sahil” xəbər verir ki, növbəti dəfə Goranboy rayonu Qarqucaq kənd şəhidi Aslanov Rəşadın evində qonaq olan deputat şəhid ailəsinin üzvləri ilə görüşüb, şəhid atası Aslanov Taryelin və ailənin qayğıları ilə  maraqlanıb.

Görüşdə Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun baş axundu, rayon ağsaqqalları və ziyalıları iştirak edib.

Şəhid ailəsinin üzvləri dövlətin onlara göstərdiyi diqqət və qayğıdan məmnun olduqlarını bildiriblər.

Onu da qeyd edək ki, deputat Anar Məmmədovun Goranboy rayonunda şəhid ailələri və qazilərlə görüşləri davam edir.

Bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.