30 mart 2022 18:04
710

YAP Gədəbəy rayon təşkilatının ərazi partiya təşkilatlarında yekun hesabat-seçki yığıncaqları - FOTO

Martın 30-da Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının Arabaçı, Mormor, Hacılar, Çiçəkli, Qaravəlilər, Çay Rəsullu, Düz Rəsullu  və Şınıx ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib. Hesabat məruzələri dinlənilib. Çıxışlar əsasında hesabat dövrü ərzində görülən işlər dəyərləndirilib. Ərazi partiya təşkilatlarının sədrləri hesabat məruzələri ilə çıxış edərək təşkilatın görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

Tədbirlərdə 44 günlük Vətən müharibəsində qazanılan Qələbə, Müzəffər Ali Baş Komandan, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət günün aktual məsələsi kimi müzakirə edilib.

Yığıncaqları giriş nitqi ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev 2021-ci il mart ayının 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII Qurultayı, yeni Nizamnamənin qəbul edilməsi, eləcə də struktur dəyişiklikləri, “Üzvlük haqlarının məbləği və ödənilməsi qaydası” haqqında ətraflı danışıb.

Tədbirlərdə təşkilati məsələlərə də baxılıb, ərazi partiya təşkilatlarına sədrlər və sədr müavinləri seçilib. 

Sonda YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev və təşkilatın əməkdaşları yeni tərkiblərin fəaliyyətinə uğurlar arzulayaraq onları qarşıda duran vəzifələri yüksək səviyyədə həyata keçirmək üçün daha fəal olmağa çağırıb.

Cavid Əkbərov, «İki sahil»