Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, YAP Hacıqabul rayon təşkilatının sədri Elnur Əmirəslanov və partiya fəalları, rayon ictimaiyyətinin nümayəndələri, idarə-müəssisə rəhbərləri şəhid Hüseynov Nicat Adil oğlunun doğum günü münasibəti ilə rayonun Meyniman kəndindəki məzarını ziyarət edərək ruhuna dualar oxuyublar.
“İki sahil” xəbər verir ki, tədbir iştirakçıları şəhid ailəsinin qayğıları ilə maraqlanıblar. Şəhidin əziz xatirəsinə hazırlanmış xüsusi hədiyyə ailəsinə təqdim olunub.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse- preztdent Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.