31 mart 2022 14:28
508

Biləsuvarın icra başçısı Xırmandalı kəndində səyyar qəbul keçirib FOTO

Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı Respublika Prezidentinin qarşıya qoyduğu vəzifələr Biləsuvar rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsasını təşkil edir.

“İki sahil” xəbər verir ki,  Rayon İcra Hakimiyyətinin  başçısı Faiq Qürbətov Xırmandalı kəndində vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirib.

Rayonun  idarə, müəssisə və xidmət təşkilatları rəhbərlərinin  iştirak etdiyi səyyar qəbulda əvvəlcə Vətən uğrunda həlak olmuş şəhidlərin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Rayon İcra Hakimiyyətinin başçısı  Faiq Qürbətov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Biləsuvar rayonunda görülən  işlər barədə sakinlərə  məlumat verib.

İcra Başçısı bildirib ki, bütün bu tədbirlər əhalinin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər bundan sonra da davamlı olacaq.

Daha sonra sakinlərin  təklifləri və onları narahat edən problemlər dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.

Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Rayon İcra Hakimiyyəti başçısının Xırmandalı kəndində keçirdiyi  səyyar qəbulu razılıqla qarşılayan sakinlər, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.