Martın 31-də Ağdam Rayon İcra Hakimiyyətinin (RİH) və Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının birgə təşəbbüsü ilə bu rayonda “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı anım tədbiri keçirilib.
“Şəhidlər” abidə kompleksinin qarşısında keçirilən tədbirdə Ağdam RİH-nin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının, idarə və müəssisələrin, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində soyqırım qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.
Tədbirdə çıxış edən Ağdam RİH-nin başçısı Vaqif Həsənov 31 mart soyqırımının tarixi mahiyyətindən danışıb, əsrlər boyu xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasəti və insanlıq əleyhinə cinayətlərdən bəhs edib.
Tədbirin sonunda iştirakçılar abidənin önünə gül dəstələri düzüblər.
Cavid Əkbərov, “İki sahil”