01 aprel 2022 17:25
940

YAP qələbələr partiyası kimi nüfuz qazanıb - FOTO

Aprelin 1-də Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının Qaraqullar ərazi partiya təşkilatının sədr müavini Fəqani Qənbərovun ad günü münasibəti ilə yığıncaq keçirilib.

Yığıncaqda rayon təşkilatının Muşavaq və Alaxançallı ərazi partiya təşkilatlarıının sədrləri, həmin ərazilərdə yaşayan bir qrup ağsaqqal, gənclər və bitərəflər iştirak ediblər.

Tədbiri giriş nitqi açan YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev Qaraqullar ərazi partiya təşkilatının sədr müavini Fəqani Qənbərovu 65 yaşı münasibəti ilə təbrik edib, ona gələcək həyatında uğurlar arzulayıb. Vurğulayıb ki, YAP-ın hər bir üzvünün fəaliyyəti partiya rəhbərliyinin diqqət mərkəzindədir.

M.Yolçuyev Prezident, Ali Baş Komandan, YAP-ın sədri İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, işğal altında olan torpaqlarımızın 44 günlük müharibə nəticəsində azad edilməsi haqqında ətraflı söhbət açıb.

90 yaşlı kənd ağsaqqalı Daşdəmir Məmmədov dövlət başçısı İlham Əliyevə həsr etdiyi şeiri yığıncaq iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə Alaxançallı ərazi partiya təşkilatının sədri Yunis Cabbarov, Muşavaq ərazi partiya təşkilatının sədri Arzu Məmmədov, Qaraqullar kənd bələdiyyəsinin sədri Vasif Mustafayev başqaları  Fəqani Qəmbərovu 65 yaşı münasibəti ilə təbrik ediblər.

YAP üzvü Mafilə Məmmədova Daşkəsən rayonuna göstərdiyi diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə və partiyanın Mərkəzi Aparatının rəhbərliyinə minnətdarlığını bildirib.

Tədbirin sonunda Fəqani Qənbərova qiymətli hədiyyə təqdim olunub.

Cavid Əkbərov, “İki sahil”