Aprelin 4-də Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının Əli İsmayılov adına ərazi partiya təşkilatında YAP üzvləri ilə görüş keçirilib.
Görüşdə 2018-ci ilin aprelin 11-də keçirilmiş növbədənkənar Prezident seçkilərindən, YAP-ın Sədri İlham Əliyevin seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilməsindən söhbət açılıb.
Yığıncaqda YAP üzvləri Asif Məmmədov, Kərim Kərimov və başqaları çıxış edərək cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmizin böyük inkişaf yolu keçdiyini, dövlətimizin çox gücləndiyini, onun iqtisadiyyatının sürətlə artdığını qürur hissi ilə qeyd ediblər.
Həmçinin natiqlər 44 günlük Vətən müharibəsində ordumuzun möhtəşəm Qələbəsindən, bu Zəfəri xalqımıza yaşadan şəhidlərimiz və qazilərimizdən danışıblar. Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin ruhuna dualar ediblər.
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev Əli İsmayılov adına ərazi partiya təşkilatının sədri Ayaz Əzizovu doğum günü münasibəti ilə təbrik edərək ona qiymətli hədiyyə təqdim edib.
Yekun nitq söyləyən Meydanəli Yolçiyev bildirib ki, Azərbaycan dövlətçiliyi Prezident İlham Əliyev tərəfindən çox yüksək səviyyədə qorunur və onun həyata keçirdiyi uğurlu siyasət bundan sonra da xalqımızı böyük Qələbələrə aparacaq.
Cavid Əkbərov, "İki sahil"