Lənkəran şəhər Mədəniyyət Mərkəzinin Münəvvər Kələntərli adına Sənətkarlıq klubunda Aprel döyüşlərinin altıncı ildönümü münasibətilə keçirilən tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkəran Rayon Şöbəsinin sədr müavini Saleh Dostiyev, Lənkəran şəhər Veteranlar Şurasının sədr müavini Təzəxan Əsgərov, veteranlar, Liman şəhər Folklor və Ləj kənd Sənətkarlıq klublarının əməkdaşları iştirak ediblər.
Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Aprel döyüşləri haqqında geniş məruzə dinlənilbi. Məruzədə qeyd edilib ki, bu zəfər Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi və xalqımızın heç vaxt işğalla barışmayaçağını bir daha göstərdi. Döyüşlərdə qazanılan qələbə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən diplomatiyasının uğurlu daxili, xarici siyasətinin, sərkərdəlik məharətinin göstəricisi idi. Aprel zəfəri 44 günlük Vətən müharibəsindəki parlaq qələbənin, 30 il işğal altındakı Qarabağ torpaqlarının azad etməsinin və böyük qayıdış salnaməsinin başlanğıcı oldu.
Tədbir M. Kələntərli adına Sənətkarlıq klubunun "Kürə" bədii qiraət dərnəyinin üzvləri, Ləj kənd Sənətkarlıq klubunun bədii qiraət, eləcə rayonun incəsənət ustalarının ifasında Vətən məhəbbətli şerlər, musiqilərin səslənməsi ilə tamamlanıb .
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü