“Rusiya qoşunları əsas səylərini Donetsk və Luqansk vilayətlərinə tam nəzarəti ələ keçirmək üçün Ukraynanın şərqində hücum əməliyyatına hazırlaşmağa yönəldirlər”.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.
Qeyd edilib ki, həmçinin Rusiya Slobojanski, Donetsk, Cənub Buq və Tavriiski istiqamətlərində aktiv hərəkətləri davam etdirir: “Slobojanskyi istiqamətində rus işğalçıları Xarkov şəhərini mühasirəyə almağa və artilleriya zərbələri endirməyə davam edir.
Donetsk və Tavriiski istiqamətlərində düşmən Popasnaya artilleriya zərbələri endirir”.
Baş Qərargahın məlumatında o da qeyd edilibk ki, Rusiyanın məqsədi Ukrayna Silahlı Qüvvələrinə ziyan vurmaq və Rubijne, Nıjniye və Novobaxmutivkaya hücumu bərpa etməkdir: “Bundan əlavə, təcavüzkar Novotoşkivske yaxınlığında müdafiə xəttini pozmağa cəhd göstərib”