Bu gün "Araz-Naxçıvan"ın veteran futbolçusu "Mirzə" ləqəbli Fərəc Fərzəliyev ömrünün 56-cı baharında dünyasını dəyişib.
“İki sahil” xəbər verir ki, bu barədə klub məlumnat yayıb.
“Ötən əsrin 80-ci illərində Böyükağa Hacıyev, Məhərrəm Həsənov və Elxan Babayev kimi futbolçularla komandamızın şərəfini qoruyan "Mirzə" "Neftçi"nin əvəzedici komandasında da çıxış edib. O, komandamızın 10 nömrəli futbolçusu kimi Naxçıvan azarkeşlərinin sevimlisi olub”, - klubun yaydığı məlumatda qeyd edilib.
Allah rəhmət eləsin!