Təlim “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində təşkil edilib
Aprelin 11-də Bakı Biznes Universitetinin koordinatoru olduğu Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində “Liderliyin əsasları” mövzusuna həsr olunmuş bir günlük təlim baş tutub. Təlimə layihə konsorsiumunun üzvü olan Azərbaycan Universiteti ev sahibliyi edib. Azərbaycan HR İnstitutunun dəstəyi ilə təşkil olunan təlimdə layihənin yerli tərəfdaşı olan 16 ali təhsil müəssisəsinin prorektor və digər rəhbər şəxsləri iştirak edib.
Tədbiri Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov açaraq layihə çərçivəsində indiyə qədər görülən işlərə qısa nəzər salıb və iştirakçıları tədbirin gündəliyi ilə tanış edib.
Universitetin rektoru Səadət Əliyeva qonaqları salamlayıb və təlimin işinə uğurlar arzulayıb. Rektor bildirib ki, ECAR layihəsi çərçivəsində təşkil olunan görüş və təlimlər zamanı aparılan müzakirələr Azərbaycan elminin və təhsilinin inkişafına, ECAR layihəsinin uğurlu icrasına, layihə üzrə müəyyənləşdirilən məqsədlərə nail olunmasına öz töhfəsini verəcək. Səadət Əliyeva çıxışında ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin koordinasiyalı fəaliyyət və sıx əməkdaşlığının Azərbaycan təhsilinin qarşısında daha geniş üfüqlər açacağını və onu daha yüksək pillələrə daşıyacağını da vurğulayıb.
Daha sonra Azərbaycan HR İnstitutunun təsisçisi Emil Hüseynov rəhbərlik etdiyi təşkilatın əsas məqsədinin ölkəmizdə insan kapitalının inkişafına dəstək vermək olduğunu bildirib və ECAR layihəsi ilə tərəfdaşlıqdan məmnunluğunu ifadə edib.
Açılışın ardından “Liderliyin əsasları” təliminə start verilib. Təlim “Fərdi performansın komponentləri”, “Korporativ performansın komponentləri”, “Motivasiya”, “Maslow teoriyası”, “Herzberg teoriyası”, “Situativ liderlik modeli”, “Feedback verilməsi qaydaları”, “DİSC davranış modeli” mövzularını əhatə edib. Təlimi Azərbaycan HR İnstitutunun əməkdaşı Vüqar Cəfərov aparıb.
Günün sonunda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib
Qarabağ və Şərqi Zəngəzurdakı işəgötürənlərlə məşğulluq məsələləri müzakirə edilib
YAP Qaradağ rayon təşkilatında partiyaya yeni qəbul olunan üzvlərlə görüş keçirilib