13 aprel 2022 12:51
935

Yunus Oğuzun yeni kitabı çapdan çıxıb FOTO

"Hökümət o zaman özünə potensial üsyançılar hazırlayır ki, cəmiyyətdə xurafatlaşma, cahilləşmə, zombiləşmə sürətlənir, riyakarlıq, saxtakarlıq baş alıb gedir. Bu zaman milli-mənəvi və maddi dəyərlərin, vətənpərvərliyin təbliği effekt vermir, dövlətçilik anlayışı isə məmur və ictimai status anlayışı ilə eyniləşdirilir".

“İki sahil” xəbər verir ki, yazıçı-publisist Yunus Oğuzun "Keçmişdən gələcəyə nə daşıyırıq- Tarix İbrətdir" adlı yeni kitabı bu  epiqrafla çapdan çıxıb.

Kitabda müstəqillik tariximiz- 1991-ci il oktyabrın 18-dən  günümüzə qədər olan  proseslər oxucunun diqqətinə çatdırılır.