27 avqust 2026 00:52
85

Tovuzda yol nəqliyyat hadisəsi baş verib

Tovuzda yol nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Köhnəqala kəndi ərazisində qeydə alınıb. Belə ki, VAZ 2107 markalı avtomobil traktorun qoşqusuna çırpılıb. Hadisə nəticəsində sürücü Mingəçevir şəhər sakini 34 yaşlı Elzamin Heydərov xəsarət alıb. O xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AZƏRTAC