Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov oktyabrın 27-də saat 10:00-da İmişli Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) İmişli, Beyləqan, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edəcək.
“İki sahil” xəbər verir ki, qəbul zamanı bu rayonlardan olan vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən İmişli, Beyləqan, Saatlı və Sabirabad rayonlarının sakinləri İmişli DAİM-ə (050-347-57-59; 050-331-12-10) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Türkiyədə yaşayan 7 nəfər Azərbaycanda cinayət işi üzrə beynəlxalq axtarışa verildi
Azərbaycanın sağlamlıq turizmi “Kurort” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Özbəkistanda təbliğ edilib
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb