Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının Ləkin, Şatırlı və yeni yaradılan 53 saylı ərazi üzrə “Aqroservis” ASC Cəlilabad Regional Nümayəndəliyi ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.
Tədbirlər başlamazdan öncə ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Məruzələr ətrafında müzakirələr aparılıb və ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri qənaətbəxş hesab olunub.
Daha sonra təşkilati məsələlərə baxılıb və iclas iştirakçıları tərəfindən ərazi partiya təşkilatlarına sədrlər və sədr müavinləri seçilib.
İclaslarda iştirak edən YAP Cəlilabad rayon təşkilatının nümayəndəsi sonda partiyanın yeni Proqramı barədə ətraflı məlumat verib. O, yeni seçilən sədrləri və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb və YAP üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.
Cavid Əkbərov, “İki sahil”
Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq