14 aprel 2022 12:06
1187

İmişlidə şəhidin xatirəsinə inşa olunan bulağın açılışı olub FOTO

İmişlinin Məzrəli kəndində şəhid Elçin Quliyevin xatirəsinə inşa edilmiş bulağın açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhidin ailə üzvləri, yaxınları, rayonun rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

“İki sahil” xəbər verir ki,  tədbirdə İmişli rayon icra hakimiyyətinin başçısı Elçin Rzayev və YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev şəhidlik zirvəsinə ucalan şəhidlərimizin timsalında şəhid Elçin Quliyevin döyüş yolundan danışaraq onun İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyi qəhrəmanlıqlarından söz açıblar.

Qeyd edək ki, Vətən müharibəsinin ilk günündə döyüşlərə yollanan Elçin Quliyev Suqovuşan istiqamətində gedən dəyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını ifadə ediblər.