Aprelin 14-də Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının Səməd Vurğun adına ərazi partiya təşkilatında yığıncaq keçirilib.
Tədbirdə YAP Daşkəsən rayon təşkilatının məsul işçisi Sərdar Xıdırov iştirak edib.
Çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan, YAP-ın Sədri İlham Əliyevin cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəki nitqində irəli sürülmüş məsələlər - işğaldan azad olunmuş torpaqlarımızda aparılan böyük quruculuq və abadlıq işləri, Ermənistan rəhbərliyinin Azərbaycanla sülh sazişini imzalamağa razılıq verməsi, daxili və xarici siyasətdə əldə olunan uğurlar haqqında geniş fikir mübadiləsi aparılıb.
Eyni zamanda tədbir iştirakçıları Səməd Vurğun adına ərazi partiya təşkilatının sədri Şəhla Əliyevanı ad günü münasibətilə təbrik ediblər. Ş.Əliyevaya YAP Daşkəsən rayon təşkilatının adından qiymətli hədiyyə və gül dəstələri təqdim olunub.
Yığıncaqda 3 nəfər YAP sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət edib.
Cavid Əkbərov, "İki sahil"
Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq