15 aprel 2022 15:25
968

“Dayaq” tərəfindən Vətən müharibəsi əlilləri və şəhid ailələri üçün İftar süfrəsi təşkil edilib FOTO

“Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə dəstək təşkilatının təşkilatçılığı “Benilüks Azərbaycanlıları Konqresi”, “Yüksəliş Gənclər Hərəkatı”, “Boccia İdman Federasiyası”nın tərəfdaşlığı ilə Ramazan ayı münasibətilə şəhid ailələri və Vətən müharibəsi əlilləri üçün iftar süfrəsi təşkil edilib.

“İki sahil” xəbər verir ki,  iftar süfrəsində "Dayaq" təşkilatının sədri Qalib Əliyev 44 günlük Vətən müharibəsi dövrünə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli, şücaətli Azərbaycan Ordusunun erməni vandalları tərəfindən işğal edilmiş Qarabağ torpaqlarımızın düşməndən azad edərək tarixi Zəfər əldə etməsindən danışıb. Qalib Əliyev qeyd edib ki, 44 günlük haqq savaşında qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə yüksəlmiş Şəhidlərə və onların ailələrinə, qazilərə, müharibə iştirakçılarına diqqət və qayığ ilə yanaşmaq, mənəvi dəstək olmaq peşəsindən, vəzifəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının insanlıq, soydaşlıq borcu olmalıdır.

Qalib Əliyev xüsusilə vurğulayıb ki, “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə dəstək təşkilatı tərəfindən Şəhid ailələrinə və Qazilərə dəstək istiqamətli sosial layihələrin icrası davamlı olacaq.

İftar süfrəsində, Şəhid ailələri, Vətən müharibəsi əlilləri, Veteranları, ictimaiət nümayəndələri iştirak ediblər.