15 aprel 2022 18:02
1161

Daşkəsən rayonunun rəhbərliyi sakinlərin növbəti səyyar qəbulunu keçirib FOTO

Daşkəsən rayonunun Kəmərqaya və Qabaqtəpə kəndlərində sakinlərin növbəti səyyar qəbulu keçirilib.

Qəbulda Daşkəsən Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Əhəd Abıyev, Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, rayonda fəaliyyət göstərən hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Ə.Abıyev Prezident, YAP-ın Sədri İlham Əliyevin 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədəki nitqindən irəli gələn məsələlərlə bağlı yığıncaq iştirakçılarına ətraflı şəkildə məlumat verib.

Daha sonra sakinlərin müraciətləri dinlənilib. Daşkəsən RİH-nin başçısı hər iki yaşayış məntəqəsində sakinlər tərəfindən edilən müraciətlərin və təkliflərin həll edilməsi üçün aidiyyəti üzrə tapşırıqlar verib.

Cavid Əkbərov, "İki sahil"