YAP İsmayıllı rayon təşkilatının aparatı, İsmayıllı rayon Kürdmaşı kənd icmasının fəalları, kənd könüllüləri Kürdmaşı kəndində şəhid ailələrini ziyarət etdi.
“İki sahil” xəbər verir ki, tədbir könüllülərin təşəbbüsü ilə yaradılmış Kürdmaşı kəndinin mərkəzində şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarətlə başladı. Daha sonra kənd qəbristanlığında uyuyan qəhrəmanlarımızın məzarları ziyarət edildi. Tədbirin sonunda şəhid Fərid Əliyevin ev muzeyi ziyarət edildi, muzeyə partiyanın rayon təşkilatının hədiyyəsi təqdim edildi.
Şəhid valideynləri dövlətin, rayon rəhbərliyinin diqqət və qayğısından söz açaraq onların qayğıları ilə yaxından tanış olduqlarını dilə gətirərək minnətdarlıq ifadə etmişlər. Məktəblilərin, yerli icmanın, ayrı-ayrı vətəndaşların şəhidlərimizin müqəddəs ruhlarını yad edərək məzarlarını ziyarət etmələrindən məmnunluq hissi keçirdiklərini dilə gətirən şəhid valideynləri buna görə hər kəsə təşəkkür etdiklərini bildirmişlər.
Məlumat üçün qeyd edək ki, Kürdmaşı kəndində Könüllülərin təşəbbüsü ilə yaradılmış kompleksdə Cəfərov Asif Novruz oğlu, Həsənov Ceyhun Ağasəf oğlu, Məmmədov İlqar Ərziman oğlu, İsgəndərov Canpolad Ələsgər, Baxışov Arif Baxış oğlu, Əhədov İnqilab Əlhümbət oğlu, Əliyev Fərid Hamlet oğlu, Ağazadə Emin Valeh oğlunun xatirəsi əbədiləşdirilmişdir.
Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq