16 aprel 2022 15:56
654

Şəhid ailəsi ziyarət edilib

YAP Şuşa rayon təşkilatının fəalları Vətən müharibəsi şəhidi Vüsal Tahir oğlu Allahverdiyevin ailəsini ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının fəalları və Şuşa rayon 10 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi şəhid Vüsal Tahir oğlu Allahverdiyevin ailəsini ziyarət ediblər.

Görüşdə Vüsal Allahverdiyevin qısa və şərəfli ömür yolundan bəhs edilib, şəhid ailəsinin qayğı və problemləri dinlənilib.

Şəhid ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.