Aprelin 16-da Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Gənclər və İdman, Müdafiə, Təhsil, Fövqəladə Hallar, Mədəniyyət nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikasının Veteranlar Təşkilatının birgə qərarı ilə təsdiq olunmuş Əsasnaməyə əsasən gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Şahin” hərbi-idman oyununun Xətai rayon mərhələsinə start verilib.
Açılış mərasimində Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin müavini, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov, Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ideoloji iş və mənəvi-psixoloji təminat şöbəsinin rəisi, polkovnik Dəyanət Allahyarov, Vətən müharibəsi şəhidi, mayor Rüfət Əsgərovun atası, Xətai Rayon Ağsaqqallar Şurasının sədr müavini Mürvət Əsgərov, hərbi hazırlıq və fiziki tərbiyə müəllimləri iştirak ediblər.
Çıxışlarda “Şahin” hərbi-idman oyunlarının yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsində və məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində əhəmiyyətindən bəhs olunub. O da bildirilib ki, dünyaya səs salan tarixi Zəfərimiz Azərbaycan gəncliyinin Vətən, torpaq sevgisinin təqdimatıdır. Gənclərimiz torpaqlarımızın azadlığı uğrunda silaha sarılaraq öz canlarından keçdilər, qanları ilə Zəfər tarixini yazdılar.
Cıxışlarda, həmçinin müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “Azərbaycanın gələcəyi indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır” fikirinin davamı olaraq ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Biz gənclərimizi bundan sonra da mütləq vətənpərvərlik əsasında tərbiyə etməliyik. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur” tezisi səsləndirilib. Bildirilib ki, vətənpərvərlik ruhunda keçirilən hər bir tədbir gənclərimizə çağırışdır. Bu gün gənclərimizin hərbi xidmətə böyük əhval-ruhiyyə ilə getmələri də onlarda milli ruhun, vətənpərvərlik ruhunun böyüklüyünü təsdiqləyir. Müasir müstəqil, qalib Azərbaycanın vətəndaşı olmaq bəyük qürur və şərəfdir.
Birincilikdə 37 orta ümumtəhsil məktəbindən hər bir komandanın tərkibi 14 nəfər (10 oğlan, 4 qız) olmaqla 8 və 10-cu sinif şagirdləri (5 oğlan və 2 qız 8-ci sinif; 5 oğlan və 2 qız 10-cu sinif) iştirak edir.
Qeyd edək ki, komandalar yarışın 5 mərhələsi üzrə öz qüvvələrini sınayırlar. Hər bir komandanın xalı münsiflər heyəti tərəfindən 5 (beş) ballıq sistem üzrə qiymətləndirilir.Yekunda hər bir komandanın ayrı-ayrı mərhələlər üzrə əldə etdiyi orta balların cəmi məlum olduqdan sonra, yarışın gedişində itirilmiş və qazanılmış balları nəzərə almaqla əldə olunan nəticə 5-ə (mərhələlərin sayına) bölünür, həmin nəticə onluq dəqiqliyi ilə hesablanaraq komandaların əldə etdiyi yekun nəticə qiymətləndirilir və qaliblər müəyyənləşdirilir.
Qalib komanda Bakı şəhər mərhələsində iştirak etmək hüququ qazanacaq.
Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq