Azərbaycanda son sutkada koronavirus (COVID-19) 7 min 85 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 535, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 560, “buster” doza ilə peyvənd olunanların sayı 5 min 538, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 452 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 589 min 438, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 334 min 34, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 836 min 19 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 183 min 237, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 236 min 148 nəfərdir.
Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq