“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində növbəti əmək yarmarkası Şahbuz rayonunda keçirilib.
“İki sahil” xəbər verir ki, işaxtaranlarla yanaşı, hərbi xidmətdən yeni tərxis olunmuş gənclərin də iştirak etdiyi əmək yarmarkasına, ümumilikdə, rayon ərazisində fəaliyyət göstərən 20 müəssisədən 119 boş iş yeri təqdim edilib.
Əmək yarmarkasında 17 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 11 nəfərin isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb. Bundan başqa peşə hazırlığı kurslarına 3 nəfər qeydiyyata alınıb.
Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq