Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhəri Əhməd Cavad adına 2 saylı tam orta məktəbdə, Şimal-qərb Regional Mərkəzi tərəfindən Şamaxı şəhəri 2 və 9 saylı tam orta məktəblərində, Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz rayonu Müzəffəroba kənd tam orta məktəbində, Muğan Regional Mərkəzi tərəfindən Şirvan şəhər 18 saylı tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Ağcabədi rayonu şəhid Şahin Məhərrəmov adına Qaravəlli kənd tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, yanğınlar, zəlzələ, torpaq sürüşməsi, sel və daşqınlar və ölkəmiz üçün xarakterik olan digər fövqəladə hadisələrlə bağlı geniş məlumat verilib, bu hadisələr zamanı zəruri təhlükəsizlik tədbirləri barədə ətraflı danışılıb. Bundan əlavə, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq