16 aprel 2022 20:02
719

Vətən müharibəsi şəhidi doğum günündə anılıb

Bu gün ağstafalı Vətən müharibəsi şəhidimiz Bayramov ilkin Bayram oğlunun ildönümüdür.

“İki sahil” xəbər verir ki, bu münasibətlə Pirili kəndində şəhid İlkin Bayramovun xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilmiş bulaq-kompleksinin qarşısında anım mərasimi keçirilib. Anım mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və aparatın məsul işçiləri, hüquq-mühafizə orqanları rəhbərləri, Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin əməkdaşları, şəhid ailələri, qazilər, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Məktəblilərin ifasında vətənpərvərlik mövzusunda və şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Həmçinin Pirili kənd qəbirstanlığında şəhidimizin məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb. Ailə üzvlərinin də iştirak etdiyi tədbirdə şəhidimizin ruhuna dualar oxunub.

Tədbir çərçivəsində Vətən müharibəsi şəhidi Avdıyev Orxan Habil oğlunun da məzarı ziyarət olunaraq əziz xatirəsi ehtiramla anılıb.

Daha sonra tədbir iştirakçıları şəhid İlkin Bayramovun ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar, dərin hüzünlə başsağlığı veriblər.

Şəhidimizin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

#ŞəhidlərimizəEhtiramla #ŞəhidlərÖlməz #VətənVarOlsun