17 aprel 2022 01:40
810

Zərdabda şəhid ailələri ilə görüş keçirilib

Ramazan ayı münasibətilə rayonun Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə Yeni Azərbaycan Partiyasının Zərdab Rayon təşkilatının inzibati binasında görüş keçirilib.

“İki sahil” xəbər verir ki, YAP Zərdab Rayon Təşkilatının sədri İlkin Əliyev tədbiri giriş sözü ilə açaraq 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun gücü sayəsində qazanılan Zəfərdən danışıb.

Çıxış edən Rayon İcra Hakimiyyəti Başçısının müavini Xəyalə Veyisova əvvəlcə RİH Başçısı Mərdan Camalzadənin təbrik və salamlarını tədbir iştirakçılarına çatdırıb. O, Zərdab rayonunda şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan söhbət açıb.

Keçirilən görüşdə Rayon İcra Hakimiyyətinin Başçısı və rayondan olan sahibkar tərəfindən şəhidlərin ailə üzvlərinə maddi yardım verilib.

Görüşün sonunda şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiiblər.