17 aprel 2022 18:45
841

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) 5 min 804 peyvənd vurulub.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 460, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 476, “buster” doza ilə peyvənd olunanların sayı 4 min 465, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 403 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 595 min 242, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 334 min 494, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 836 min 495 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 187 min 702, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 236 min 551 nəfərdir.