18 aprel 2022 17:24
650

YAP Şuşa rayon təşkilatının fəalları şəhidi Mehrab Niftəliyevin ailəsini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının fəalları və Şuşa rayon 10 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi şəhid Mehrab Söhrab oğlu Niftəliyevin ailəsini ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, görüşdə Mehrab Niftəliyevin qısa və şərəfli ömür yolundan bəhs edilib, şəhid ailəsinin qayğı və problemləri dinlənilib.

Şəhid ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.