Yeni Azərbaycan Partiyası Füzuli rayon təşkilatı və M.M.Xəzani adına Musiqi Təmayüllü İnternat tipli Gimnaziya ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev müasir Azərbaycanın qurucusu və memarıdır” mövzusunda tədbir keçrilmişdir.
Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Tədbiri giriş sözü ilə M.M.Xəzani adına Musiqi Təmayüllü İnternat tipli Gimnaziya ərazi partiya təşkilatının sədri Nazimə Şamıyeva açaraq bildirib ki bəşər tarixində liderlərin böyüklüyü bir tərəfdən yaşadığı dövrdə gördüyü işlərin, yaratdıqlarının əhəmiyyəti ilə ölçülürsə, digər tərəfdən onların fəaliyyətinin gələcəyin axarına təsiri, əks-sədaları ilə müəyyənləşir. Dərin fəlsəfəyə əsaslanan, daim zamanın nəbzini tutmağı, hadisələrə müdrik qiymət verməyi, siyasi potensialını çevik dəyərləndirməyi bacaran şəxsiyyətlər cəmiyyətdəki prosesləri düzgün istiqamətləndirməyə nail olur, təmsil etdikləri xalqları zamanın sərt fırtınalarından, çətin sınaqlarından üzüağ çıxarır, milli xilaskara çevrilirlər. Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmış, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmişdir. Bir qərinədən də çox zaman kəsiyində Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyev təkcə bu dövrdə deyil, bütün həyatı boyu xalqımızın rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanıb. Müasir tariximizə ən böyük azərbaycanlı kimi həkk olunmuş Heydər Əliyev dövrün ən sərt və çətin sınaqlarından keçərək, qədirbilən xalqımıza milli dövlətçilik ənənələrini vahid sistem halına salaraq özünütəsdiq imkanı qazandırıb, müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarıb.
Məktəbin müəllimləri Ruhəngiz Hüseynova, Sərvan Niftəliyev, Nəsimi Əliyev və başqaları çıxış edərək Böyük siyasətçinin öz xalqına olan inamından, onun Azərbaycan xalqına bağlılığından söhbət açmışdırlar.
Tədbiri yekununda, YAP Füzuli rayon təşkilatının əməkdaşı İlgiz Məmmədov çıxış edərək bildirmişdir ki, dahi rəhbərin anadan olmasının 99-cu ildönümü ərəfəsində əbədiyaşar lider Heydər Əliyevin adı Azərbaycan xalqının milli şüurunda müasir Azərbaycanın yaradıcısı kimi həkk olunub. Ulu öndər Heydər Əliyev Azərbaycanda böyük bir ideologiyanın, milli dövlətçilik fəlsəfəsinin və milli mənlik şüurunun formalaşmasının əsasını qoyub, bu isə xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu bir daha təstiqləyir.
Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq