18 aprel 2022 17:15
825

Hemofiliya və digər genetik xəstəliklərin aradan qaldırılmasında köməkçi reproduktiv texnologiyaların rolu FOTO

Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə   Hemofiliya və Digər  Qeyri İnfeksion Genetik  Xəstəliklərə həsr edilmiş elmi - praktik konfrans  keçirildi. 

“İki sahil” xəbər verir ki, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov, TƏBİB-in Tibbi fəaliyyətinin Təşkili  Departamentinin müdiri Teymur Mirzəbəyli, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Azər İsmayılov, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov Konfransın giriş hissəsində hemofiliya və digər koaqulopatiyalı (qanın laxtalanma pozğunluğu)  vətəndaşlara dövlət qayğısı haqqında məlumat vermişlər və gələcək perspektivləri qeyd etmişlər. 

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru cənab Valeh Hüseynovun sədrliyi ilə  Konfransın çıxışçıları -  genetiklər, hematoloqlar,  pediatrlar, mama ginekoloqlar tərəfindən hemofiliya və digər genetik qan  xəstəliklərinin törətdiyi fəsadlar və Azərbaycanın Milli Genofondunun Sağlamlığının qorunmasına dair maraqlı mövzular müzakirə edildi. 

Konfransın əsas mövzusu hemofiliya və digər  irsi qan xəstəlikləri olduğu üçün hemofiliyanın statistikası , müasir müalicəsi haqqında Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin müdiri hematoloq Dr. Naida Hüseynzadə və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Pediatrik Hematologiya şöbəsinin müdiri Dr. Sevil Cəlilova məlumat verdilər, həkim -genetik Dr. Ağa Rza  Ağayev irsi xəstəliklərin səbəbi barədə   elmi əsaslara söykənərək konfrans iştirakçılarını  geniş məlumatlandırdı  və sağlam uşaqların doğulması üçün profilaktik tədbirlərin vacibliyi barədə  Mərkəzi Klinikanın Mama-ginekologiya və İVF şöbəsinin müdiri mama ginekoloq Dr. Mahirə İsmayılova və  Hemofiliya və digər genetik xəstəliklərin aradan qaldırılmasında köməkçi reproduktiv texnologiyaların rolu və  Hamiləlikdə koaqolopatiyalar  EGE  Hospital  Qadın xəstəlikləri və doğum uzmanı, Dr. İlhamə Eldarova Azərbaycanda  ilk dəfə olaraq bu mövzuları müzakirəyə çıxardılar.  

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin mütəxəssisi Dr. Tural Qulu  və  Şirvan şəhər xəstəxanasının Xəstə xidmətləri şöbəsinin müdiri Dr. Təranə Cəlilova Bakı şəhərindən başqa Azərbaycanın digər bölgələrində hər hansı fövqalade hallar baş verdikdə, məsələn COVİD 19, müharibələr zamanı  tibbi xidmətin təşkili və əlçatanlığının  vacibliyi  haqqında və statistik məlumatları təqdim etdilər. 

Qed edək ki, Azərbaycanda qeyri infeksion genetik qan xəstəliklərinin təxmini sayı əhalinin 0,0003%-ni təşkil edir və müalicələri Dövlət Proqramları çərçivəsində həyata keçir.