18 aprel 2022 21:05
684

Özünümüdafiə hüququndan istifadə edərək “Pençe-Kilit” əməliyyatına başlamışıq FOTO

“Türkiyə özünümüdafiə hüququndan istifadə edərək “Pençe-Kilit” əməliyyatına başlayıb".

“İki sahil” xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə arzu edir ki, terror təşkilatının yerləşdiyi qardaş dövlətlər onları oradan çıxarsın və əməliyyatlara ehtiyac olmasın.