26 avqust 2026 23:53
104

Fidan YPG-nin ləğvinin Suriyada kürd-ərəb qardaşlığını gücləndirəcəyini bildirib

Türkiyənin xarici işlər naziri Hakan Fidan YPG-nin (PKK terror təşkilatının Suriya qolu - red.) ləğv edilməsi ilə bağlı jurnalistlərə açıqlama verib və bildirib ki, bu, Suriyada kürd-ərəb qardaşlığını gücləndirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

"Bizim işimiz peşəkar yanaşma sərgiləmək və silahlı birləşmələrin buraxıldığını yoxlamaqdır. İfadə edildiyi kimidirsə, təbii ki, məmnunedici hadisədir", - o bildirib və əlavə edib ki, Suriyanın da milli birlik, suverenlik və ərazi bütövlüyü pozulmamalıdır.

Türkiyənin XİN başçısının sözlərinə görə, YPG nəinki Suriya, həmçinin Türkiyənin əleyhinə olub:

"Amma yeni prosesdə bütün bu problemləri qarşılıqlı anlaşma, dialoq, sülh yolu ilə həll edəcəyik", - o deyib.

Xatırladaq ki, "Suriya Demokratik Qüvvələri"nin (SDQ) komandanı Məzlum Abdi avqustun 25-də silahlı birləşmələrin buraxıldığını və kürd qüvvələrinin Suriya hökumət qoşunlarının sıralarına tam inteqrasiya olunduğunu elan edib.