12 oktyabr 2026 07:51
109

Uitkoff və Kuşnerin Rusiyaya səfərinin təxirə salınmasının səbəbi...

ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə etmək üçün Moskvaya planlaşdırılan səfərlərini təxirə salıblar.

“İki sahil” xəbər verir ki,  bu barədə "Axios" portalı mənbələrinə istinadla məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Uitkoff və Kuşner əvvəlcə Ukraynanın və Avropa ölkələrinin Rusiya tərəfinə vahid təklif təqdim etməyə hazır olub-olmadığını aydınlaşdırmaq niyyətindədirlər.

Kiyevin və Avropa dövlətlərinin mövqeləri dəqiqləşənədək ABŞ nümayəndələrinin Moskvaya səfəri təxirə salınıb.