19 aprel 2022 15:07
798

Yaponiyada "quş qripi" təhlükəsi: 520 minə yaxın toyuq kəsiləcək

Yaponiyanın şimalında yerləşən Hokkaydoda "quş qripi" epidemiyası yayılıb.

Bildirilir ki, epidemiya Hokkaydo prefekturasında, Yaponiyanın Şiraoi şəhərindəki quşçuluq fermalarının birində qeydə alınıb.

Xəstəliyin yayılmasının qarşısını almaq üçün şəhərdə 520 minə yaxın toyuq kəsiləcək. 2021-ci ilin payızından indiyə qədər ölkədə virusa görə 500 mindən çox quş məhv edilib. Əvvəllər Almaniya və Hollandiya quş qripi epidemiyası ilə üzləşmişdi. Hollandiyada 200 min toyuqun kəsilməsinə göstəriş verilib.

Nərmin Nərimanova