Yazıçı Pyotr Krasnov 73 yaşında vəfat edib.
"İki sahil" TASS-a istinadən xəbər verir ki, yazıçı Orenburq vilayətində dünyasını dəyişib.
Qeyd edək ki, Krasnov 1950-ci il yanvarın 12-də Orenburq vilayətinin Ratçino kəndində anadan olub.
Onun 1978-ci ildə “Saşkino qütbü” ilk kitabı işıq üzü görəndən sonra Yazıçılar İttifaqına üzv qəbul olunub. 1983-cü ildə Ali Ədəbiyyat Kursunu bitirib.
Onun hekayə və romanları “Bizim müasir”, “Xalqlar dostluğu”, “Gənc qvardiya”, “Novıy mir”, Moskva, həftəlik “Literary Russia” jurnal və qəzetlərində dərc olunub.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu