Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk dünyası həftəsi” çərçivəsində Dənizkənarı milli parkda möhtəşəm konsert proqramı keçirilib.
“İki sahil” xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan gecədə bir sıra məşhur simalar iştirak edib. Xalq artisti Tünzalə Ağayeva tədbirin qapanışını edib. Pop ulduz gecə boyunca hit, dillərəzbərinə çevrilən mahnılarını səsləndirib.
Şou-biznesin əfsanəsi həmçinin də tamaşaçıların arasında düşərək onlarla birlikdə mahnıları ifa edib, fotolar çəkdirib və səmimi ünsiyyət qurub.
Gecə “Mən Azərbaycanlıyam” nəğməsi ilə yekunlaşıb.
Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb
Pakistanın federal nazirinə Azərbaycanın “İqlim naminə mədəniyyət” təşəbbüsü barədə məlumat verilib