Azərbaycanın mədəniyyət naziri Adil Kərimli noyabrın 21-də Yeni Dehlidə Nepalın mədəniyyət, turizm və mülki aviasiya naziri Xadak Rac Paudel ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sivilizasiyalararası Dialoq Forumu çərçivəsində baş tutub.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Söhbət zamanı Azərbaycan ilə Nepal arasında mədəni əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər mədəniyyət sahəsində əməkdaşlığa dair hüquqi bazanın yaradılması imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Pakistanın federal nazirinə Azərbaycanın “İqlim naminə mədəniyyət” təşəbbüsü barədə məlumat verilib
Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb