20 aprel 2022 17:15
817

Şeyma onlardan aldığı bahalı hədiyyələri satır

Sosial media fenomeni Şeyma Subaşı keçmiş həyat yoldaşı Acun Ilıcalı və eks-misirli nişanlısı Mohammed Alsaloussidən aldığı hədiyyələri dəyərləndirmək qərarına gəlib.

“İki sahil” xəbər verir ki, Şeyma məşhur brendlərdən olan bahalı çantalarını, saatlarını və paltarlarını satmağa başlayıb. Əşyalar arasında Mohammedin ona aldığı 1 milyon lirə qiyməti olan çanta belə var. Digər tərəfdən isə onun ikinci əl məhsullar almağa başladığı bildirilib.

Məsələ ilə bağlı açıqlama yayan fenomen xəbərləri təqzib edərək geyimləri sahibsiz itlər üçün satdığını vurğulayıb. 

"Bu günə qədər şəxsi əşyalarımdan heç birini mənfəətim üçün satmaq kimi fikrim olmayıb. Allah da heç bir zaman bu duruma salmasın” deyə, o instaqram hesabında yazıb.