20 aprel 2022 17:55
670

Deputat Göyçayda şəhid Elton Əkbərovun ailəsini ziyarət edib - FOTO

Milli Məclisin deputatı Məzahir Əfəndiyev əraziyə növbəti səfəri çərçivəsində ilk növbədə Göyçay şəhər 2 saylı tam orta məktəbinin müəllim və şagird kollektivi ilə görüşüb.

“İki sahil” xəbər verir ki, təhsilin əhalinin maariflənməsində, xüsusilə gənclərimizin formalaşmasında rolunu vurğulayan deputat, pandemiya dövrünun keyfiyyətli təhsil almaq imkanlarını məhdudlaşdırdığını və təhsil səviyyəsinin inkişaf etdirilməsi üçün yeni çağırışların nəzərdən keçirilərək təhsildə yeni idarəçiliyin tətbiq edildiyini qeyd etdi. Bu prosesdə pedoqoji heyətinsəy və əzmkarlıq göstərməsinin vacibliyini qeyd edib.

Sonra M.Əfəndiyev məktəbdə tədris prosesi və şəraiti ilə yaxından tanış olub, həmçinin pedaqoji kollektiv tərəfindən məktəblə bağlı səsləndirilən təkliflər də müzakirə olunub.

Daha sonra millət vəkili Göyçay rayonunda Birinci Qarabağ Müharibəsi şəhidi Elton Əkbərovun ailəsini ziyarət edib. Görüş zamanı şəhid ailələrinə dövlət tərəfindən lazımi qayğı və diqqətin göstərilməsi ilə əlaqədar ölkə rəhbərliyi tərəfindən imzalanmış sərəncamların, eyni zamanda şəhid ailələrinə verilən imtiyazların mahiyyəti haqqında ətraflı məlumat verən deputat ailənin həyat və məişət şəraiti ilə yerində tanış olub, qarşılaşdığı çətinliklərlə maraqlanıb.

Şəhid ailələrinin daim diqqətdə saxlanılması, onları narahat edən problemlərinin həllini təmin etmək və mənəvi dəstək göstərmək hər birimizin vətəndaşlıq borcudur.