Müğənni Rihannanın reper nişanlısı Eysap Roki (Rakim Mayers) Los-Anceles hava limanında saxlanılıb.
“İki sahil” xəbər verir ki, ştat polisinin verdiyi məlumata görə, reper 2021-ci ilin noyabrında baş verən atışma ilə bağlı istintaqa cəlb olunub. Zərərçəkən iddia edir ki, Eysap iki nəfərlə küçədə gedərkən ona yaxınlaşıb və 3 dəfə atəş açıb. Güllələrdən biri onun sol əlinə dəyib.
Reper 500 min dollar girov müqabilində sərbəst buraxılıb.
Qeyd edək ki, bu, Eysapın ilk belə cinayəti deyil. O, 2019-cu ildə iki kişiyə hücum etməkdə günahlandırılaraq da saxlanılmışdı. Reper hücumda təqsirli bilinmiş və zərərçəkənə təzminat ödəməli olmuşdu.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu