Yaxın zamanda yayımlanması gözlənilən "Ah canım hayat" adlı serialın aktyor heyyətində yer alacaq bəzi adlar bəlli olub.
“İki sahil” xəbər verir ki, ekran işində Toprak Can Adıgüzel, Muttalip Müjdeci və Nimet İyigün rol alacaq. Aktyor İlhan Şenlə isə danışıqlar hələ də davam edir.
Qeyd edək ki, Toprak sonuncu dəfə "Kalp yarası", Nimet "Annemizi saklarken", İlhan isə "Aşk mantık intikam" layihələrində çəkiliblər.