25 aprel 2022 15:25
666

Saqqalını kəsdi, tanımadılar

Türkiyəli müğənni Berkay Şahinin son halı izləyiciləri təəccübləndirib.

“İki sahil” xəbər verir ki, ifaçının həyat yoldaşı Özlem Ada Şahin instaqram hesabında onun şəklini paylaşıb. Berkayın illərdir saxladığı saqqalı kəsməsi maraq oyadıb.

İzləyicilər Berkayı tanımaqda çətinlik çəkib. Fotoya "Yanındakı kimdir?", "Berkayı tanıya bilmədim" şərhlərlə yanaşı onun cavanlaşdığını və saqqalsız halının ona yaraşdığını qeyd ediblər.