"TikTok-a girirəm, oyunda mənə bahalı hədiyyələr gəlir. Onun 70 faizi TikTok-a qalır. Dostlarım qədər, tanımadığım insanlar da bahalı hədiyyə göndərir. Mənə irad deyirdilər ki, girilər bura, oyun oynayırlar. Bir də gördüm onu deyənlərin elə öz xanımları TikTok-da oturub oyun oynayır".
“İki sahil” xəbər verir ki, bu sözləri müğənni Günel Ələkbərova "Səhər mərkəzi" verilişində deyib. Sənətçi TikTok-da qazandığı pullardan danışıb.
Günel "İndi alacağın çoxdur, yoxsa verəcəyin" sualına "Hazırda verəcəyim çoxdur" reaksiyasını verib. Aparıcı Tural Əsədovun "Bəs, TikTok-da qazandıqların nə oldu" sözlərinə Günel "Az qalıb, elə oradan qazandığımla ödəmişəm" cavabını verib.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu