26 aprel 2022 14:49
647

Professor Aygün Attarla görüş keçirilib - FOTO

Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Türkiyə Prezident Adminstrasiyası Xarici Siyasət və Təhlükəsizlik Şurasının üzvü, görkəmli ictimai-siyasi xadim, əslən Qubadlı rayonundan olan professor Aygün xanım Attarın görüşü keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Milli Məclisin deputatları Hicran Hüseynova, Tahir Mirkişili və Mahir Abbaszadə iştirak ediblər.

Qeyd edək ki, Aygün Attar 1962-ci ilin aprelin 16-da Qubadlı rayonunda anadan olub. 1986-cı ildə Bakı Dövlət Universitetini bitirib, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix şöbəsində doktorluq müdafiəsi edib. Aygün Attar 1990-cı illərin ortalarından Türkiyədə yaşayır və Türkiyə vətəndaşıdır. 2012-2016-cı illərdə Türkiyənin Girəsun Universitetinin rektoru olub. Aygün Attar 2014-cü ildə Oksford Universitetinin Sokrat mükafatına layiq görülüb. Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən professor ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlara həsr olunmuş bir çox məqalənin müəllifidir. Davamlı elmi yaradıcılıqla bərabər, diaspor işləri ilə də fəal şəkildə məşğul olan professor Aygün Attar Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədridir. 6 Fevral 2021-ci ildən Türkiyə Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının  üzvü təyin olunub. 15 Aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə  Aygün Attar Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilib.