Rəqqas Fatimə Fətəliyeva get-gedə özünü Xalq artisti Aygün Kazımovaya daha çox oxşadır.
“İki sahil” xəbər verir ki, sənətçi özü də dəfələrlə bunu etiraf edib. Hətta Fatiməni plastik əməliyyatdan sonra daha çox Kazımovaya bənzədiblər.
Fatimə isə tək görünüşünü yox, geyim tərzini və danışığını da müğənniyə bənzədib. Belə ki, rəqqasə Kazımovanın papağından başına qoyaraq video çəkib və "Canlarım mənim, Aygün Kazımova... Sizi sevirəm, siz birdənəsiniz" sözlərini söyləyib.
Qeyd edək ki, Fatimə bir müddət əvvəl baş tutan ad gününə də A.Kazımovanı dəvət edib.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu