Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, təşkilatın əməkdaşları və Zəhmətabad kənd ərazi partiya təşkilatının sədr müavini Elçin Nuriyev 44 günlük Vətən müharibəsində Vətənimizin müdafiəsi uğrunda öz canından keçən Zəhmətabad kəndindən olan şəhid Talıblı Asif Arif oğlunun doğum günü münasibəti ilə ailəsini ziyarət ediblər.
“İki sahil” xəbər verir ki, ailənin qayğıları ilə maraqlanılıb, dərin hüzünlə başsağlığı verilib. Görüşdə şəhidin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Asif Talıblı ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah rəhmət etsin!